...

Azərbaycanın “Nüvə Tədqiqatları Mərkəzi”ndəki sterilizasiya qurğusu MAQATE tərəfindən yüksək qiymətləndirilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2018 13:42 (UTC +04:00)
“Nüvə Tədqiqatları Mərkəzi” QSC-də yaradılmış sterilizasiya qurğusu Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanın “Nüvə Tədqiqatları Mərkəzi”ndəki sterilizasiya qurğusu MAQATE tərəfindən yüksək qiymətləndirilib (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

“Nüvə Tədqiqatları Mərkəzi” QSC-də yaradılmış sterilizasiya qurğusu Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən yüksək qiymətləndirilib. Bunu Trend-ə QSC-nin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, bu layihə MAQATE-nin baş katibi Yukiya Amanoya təqdim edilib və o, QSC-də aparılan digər işlərlə ətraflı tanış olub:

“Mərkəzlə MAQATE-nin birgə həyata keçirdiyi işlərdən biri Azərbaycanda radiasiya texnologiyalarının genişləndirilməsi layihəsidir. Söhbət ölkədə qamma şüalanmanın sterilizasiya mərkəzinin yaradılmasından gedir. Quraşdırma işləri və QSC mütəxəssislərinin yüksək peşəkarlığı Y.Amanoya nümayiş etdirilib və baş direktor qeyd edib ki, o Mərkəzin bu sahədə işindən razı qalıb. Y.Amano qeyd edib ki, qurğunun işi üçün lazım olan izotopların Azərbaycana gətirilməsi zəruri səyləri göstərəcək”.

Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci ilin ortalarında izotopların ölkəyə idxalı və nəqlinə icazə verib. Təsdiq olunmuş yol xəritəsinə əsasən, izotopların bir hissəsi Macarıstandan, bir hissəsi isə Rusiyadan tədarük olunacaq. İzotopların ölkəyə gətirilməsindən sonra qurğuya yüklənmələri üçün üç həftə lazım olacaq ki, bundan sonra qurğu istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti