Bakı. İlkin Şəfiyev - Trend:
Yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı” təqdim olunacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Səhiyyə və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.
Assosiasiya sədri bildirib ki, bu plan əsasən brendinq və beynəlxalq sertifikatların alınması məsələlərini əhatə edəcək.
R.Quliyev xatırladıb ki, bu il Azərbaycanda həmçinin Dövlət Turizm Reyestrini işə salmaq planlaşdırılır. O əlavə edib ki, Dünya Sağlamlıq Turizmi Təşkilatında sədrliyin Azərbaycana keçməsi ölkədə turizmin inkişafına xidmət edəcək.