...

ADU-da “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2018 10:59 (UTC +04:00)
Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
ADU-da “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədlinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov, rektorun məsləhətçisi Anar Osmanlı, Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu kimi maarrifləndirici tədbirlərin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayeva 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü haqqında məlumat verib. O, autizmin əsrin ən qlobal problemlərindən biri hesab edilən, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi və son dövlərdə uşaqlarda çox rast gəlinən xəstəliklərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin iştirak edən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli “Azərbaycanda autizm problemi”, Sağlamlığın qorunması ictimai birliyinin sədri, Tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası və sağlamlığın qorunması”, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi ictimai birliyinin pedaqoq-psixoloqu, 1 saylı Respublika xəstəxanasının psixoloqu İlahə Dadaşova “Autizmdə psixoloji inkişaf”, Pedaqoji Universitet Korreksiya kafedrasının müəllimi, Təhsil İnstitutunun doktorantı Gülnar Vəliyeva “Autizm məktəbəqədər dövrdə” mövzularında çıxış ediblər.

Əlillərin Bərpa Mərkəzinin direktoru Şahin Tağıyev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, o cümlədən autizmin tarixi, autizmin ölkə və beynəlxalq səviyyədə statistik göstəriciləri, autizm olan uşaqlarla davranış qaydaları, müalicə yolları haqqında ölkəmizdə həyata keçirilən maarifləndirici tədbirlərdən söz açıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti