...

Kəmaləddin Heydərov zəlzələ baş verən Zaqatala rayonuna səfər edib

Cəmiyyət Materials 6 İyun 2018 12:15 (UTC +04:00)
Kəmaləddin Heydərov zəlzələ baş verən Zaqatala rayonuna səfər edib.
Kəmaləddin Heydərov zəlzələ baş verən Zaqatala rayonuna səfər edib

Bakı. Trend:

Respublikanın şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatala rayonuna səfər edib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 05.06.2018-ci il tarixində yerli vaxtla saat 22:40 dəqiqədə Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, dağıntılar yoxdur. Bəzi köhnə tikililərdə çatlar yaranıb.

Fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov və nazirliyin digər rəhbər şəxsləri vəziyyətlə yerində tanış olmaq üçün Zaqatala rayonuna səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti