...

Sabaha olan hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 10 İyun 2018 13:37 (UTC +04:00)
Bakı və Abşeron yarmadasında iyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. Trend:

Bakı və Abşeron yarmadasında iyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə zəif şimal-şərq küləyi əsəcək, dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti