...

Mətbuat Şurası ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 27 İyul 2018 14:35 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb.
Mətbuat Şurası ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında  anlaşma memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Federasiyasının Udmurdiya Respublikasının Jurnalistlər İttifaqı arasında Anlaşma Memorandumu imzalanıb.

Şuradan Trend-ə verilən məlumata görə, memorandumda birgə konfransların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda, media ilə bağlı kitabların nəşri nəzərdə tutulub.

MŞ sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların bir-birinə yaxınlaşmasında, dostluq və qardaşlıq ənənələrinin təbliğində mühüm vasitədir və memorandumda nəzərdə tutulan məsələlərin reallaşdırılması bu baxımdan əhəmiyyət daşıyır.

Udmurdiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko deyib ki, sənəd perspektiv əməkdaşlığın daha dinamik formalarının seçilməsi üçün baza rolunu oynayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanla Udmurdiyanın qarşılıqlı əməkdaşlığında elmi və yaradıcılıq müstəvisindəki birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. O, memorandum çərçivəsində Azərbaycandan Udmurdiyaya, Udmurdiyadan isə Azərbaycana faydalı jurnalist səfərlərinin təşkil olunacağına əminliyini ifadə edib.

Udmurdiyanın Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Nazilə Abaşeva da memorandumun əhəmiyyətindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti