...

Dövlət Miqrasiya Xidməti iyulda 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verib (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2018 14:01 (UTC +04:00)
Ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.
Dövlət Miqrasiya Xidməti iyulda 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verib (FOTO)

Bakı. Trend:

İyul ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dən Trend-ə verilən məlumata görə, ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti