...

Allahşükür Paşazadə: Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur

Cəmiyyət Materials 22 Avqust 2018 09:41 (UTC +04:00)
Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur.
Allahşükür Paşazadə: Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur, ibadətlərini gözəl həyata keçirirlər.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə bildirib ki, ötən illərə nisbətən builki zəvvarlar daha sağlamdırlar: "Yəni aralarında xəstələr çox azdır, demək olar, yoxdur. Arzu edirəm ki, bizim hacılarımız da sağ-salamat qayıtsınlar".

Qurban bayramı ilə əlaqədar qılınan bayram namazı ilə bağlı da danışan şeyxülislam əlavə edib ki, bayram namazında torpaqlarımızın tezliklə işğaldan azad olunması, Vətən torpağını qoruyanlar, dünyadan gedənlər, bu məsciddə namaz qılan alim-üləmalar üçün dualar edildi:

"Bundan əlavə, həm də ümummilli lider Heydər Əliyevi ehtiramla andıq. Allah Qurban bayramını bizə ona görə nəsib edib ki, dünyada insan qurbanı kəsilməsin, insan qırğını olmasın. Biz dua etdik ki, dünyada müharibələr olmasın. Biz ümumən bütün Azərbaycan dövləti, vətənimiz, Azərbaycan xalqı üçün dualar etdik. İnşallah, Allah dualarımızı qəbul edəcək".

Qeyd edək ki, 22-23 avqust tarixlərində Azərbaycanda Qurban bayram qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti