...

Gömrükdə yalan danışsa da, siqaret keçirmək cəhdi baş tutmadı

Cəmiyyət Materials 29 Avqust 2018 11:59 (UTC +04:00)
Gömrükdə yalan danışsa da, siqaret keçirmək cəhdi baş tutmadı.
Gömrükdə yalan danışsa da, siqaret keçirmək cəhdi baş tutmadı

Bakı. Trend:

Gömrükdə avtomobildə siqaret və mobil telefon aksesuarları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda qoltuqaltının altında 2000 ədəd "King" markalı siqaret və mobil telefon üçün 4 ədəd yükləyici, 4 ədəd qulaqlıq, 20 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti