...

Kolleclərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Cəmiyyət Materials 12 Sentyabr 2018 09:06 (UTC +04:00)
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır
Kolleclərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Bakı. Trend:

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti