Nəsimi Festivalında şəhər peyzajlarının kreativ incəsənəti təqdim olunacaq (FOTO)

Nəsimi Festivalında şəhər peyzajlarının kreativ incəsənəti təqdim olunacaq (FOTO)

Bakı. Vüqar İmanov – Trend:

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Festivalın proqramı parlaq və maraqlı layihələrlə zəngindir.

Şəhər peyzajlarının kreativ incəsənəti layihənin parlaq hadisələrindən biri olacaq.

Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq. Layihədə 10-adək yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamı iştirak edəcək, binanın divarları üzərində öz əsərlərini yaradacaqlar. Bunların arasında ABŞ, Cənubi Afrika, Braziliya, Belçika, İspaniya və Fransa rəssamları olacaq.

Uşaq və yeniyetmələr əsərlərin yaradılması prosesini yaxından müşahidə edib, ustad rəssamların rəhbərliyi ilə rəsmlər çəkəcəklər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri daha sonra həmin eskizləri binanın divarlarında böyük ölçüdə əks etdirəcəklər.

Tanınmış rəssamlar Ron Hendriks (Cənubi Afrika) və Filip Bodelok (Fransa) festivalda təqdim olunacaq əsərlər və təəssüratları barədə Trend-ə danışıblar. Maraqlıdır ki, rəssamlar öz əsərlərinə ad vermirlər, bununla da festivalın qonaqlarına urban-art ustalarının fikrini tamamlamaq imkanını yaradırlar.

Urban-art şəhər məkanına, həyatına və mədəniyyətinə aid incəsənət növüdür. Urban-art üslubunda şəhər peyzajlarına xüsusi məhəbbət bəsləyən bir çox müasir rəssam, dizayner və hətta rejissor işləyir. Şəhər heç də ruhu ovsunlayan təbiət gözəlliyi, tarixi məkanlar və landşaftdan az cəzb etmir. Çox vaxt urban-art özündə strit-art və qrafiti elementlərini əks etdirir, bununla da bizi şəhər arxitekturası və şəhər üslübunun tematikası ilə ilhamlandıraraq bir çox vizual incəsənət formalarını ümumiləşdirir.

Ron Hendriks bildirib: “Mən bütün dünyanı səyahət etmişdim, ancaq Azərbaycanda heç vaxt olmamışdım. Bu, fantastik bir ölkədir və burada olmaq mənə xoşdur. Bakı gözəl şəhərdir, burada məni gözəl qarşılayan mehriban insanlar yaşayır”.

Rəssam küçə incəsənəti ilə artıq 15 ildir ki məşğuldur və əsəri yaradarkən mandal - dini mahiyyətdə olan sxematik təsvir ideyasını həyata keçirmək qərarına gəlib. Mandal sanskrit dilindən tərcümədə ənənəvi fiqurlar vasitəsi ilə kainat modelini ötürən dairə və yaxud disk deməkdir. Yəni, əslində, bu, “kainat xəritəsi” kimi təqdim olunan mürəkkəb həndəsi rəsm və ya konstruksiyadır.

“İşlərin yaradılmasında məni əhatə edən material və əşyalardan istifadə edirəm, əsərləri kreativ formada təsəvvür etməyə çalışaraq, onları öz yaradıcılığıma adaptasiya edirəm. Mən mandal dairəsi - müqəddəslik və ekzistensializm obrazını təsvir etmək qərarına gəldim. Həyatımızda mandal dairəsinə müxtəlif formalarda rast gələ bilərik. Məsələn, günəş və ayı biz dairə formasında görürük. Əhatəmizdən danışsaq, ailə dairəsi, dostlar dairəsi də var. Mənim anlayışımda, mandal dairəsi "həyat" deməkdir. Mən mandal dairəsini tez-tez təsadüf edilən həndəsi elementlər və rənglər – qırmızı, sarı, göy, ağ və qara ilə birləşdirmişəm. Qırmızı rəng enerji rəmzidir, göy – şəfa, sarı – xoşbəxtlik, qara – daxili konsentrasiya, ağ – sülh. Bütün bu rənglər mənim işimdə uzlaşır və Nəsiminin fəlsəfi əsərlərindən ilhamlanıb. Onun yaradıcılığı ilə Azərbaycana gəlməzdən öncə tanış olmamışam və şəxsi mövzularımın onun əsərlərinin ideyaları ilə necə uyğun gələ biləcəyini aydınlaşdırmaq üçün araşdırma aparmalı idim. Nəsiminin yaradıcılığının dərk etməyim bu əsərin yaranmasına gətirib çıxardı”, - deyə rəssam əlavə edib.

Filip Bodelok da həmçinin Bakıya ilk dəfə gəlib və tikintinin gedişatı və memarlığa valeh olub.

Rəssam bildirib: “Mən bir çox şəhərdə olmuşam, Bakı öz orijinallığı ilə yadda qalacaq, burada şərq koloriti ilə qərb modernizmi uğurla uyğunlaşır. Mənə, divarlarda şəkil çəkən bir insan kimi, şəhər çox xoşuma gəldi. Öz təsəvvürümdə sizin meqapolisinizin divarlarında həyata keçirə biləcəyim süjetər çəkirdim”.

Filip Bodelok artıq 10 ildir ki sevdiyi işlə məşğul olur. Maraqlıdır ki, o təklikdə, dünyanın yaranışı və onun əsərlərində əks olunması haqqında fikirlərə dalaraq işləməyi sevir. Fransadan gələn qonaq 7x31 metr ölçülərində əsər üzərində çalışır və həndəsi naxışları birləşdirərək orada panter və ceyran çəkib.

“Nəsiminin yaradıcılığı mənim üçün mənəviyyat təcəssümü və insanın imkanlarının genişliyi deməkdir. Mənim fikirlərim bir çox hallarda onun insanlar, heyvanlar və insanlar, bitkilər və minerallar arasında üzvi əlaqə fəlsəfəsi ilə üst-üstə düşür. Bu, mənim üçün - bir incəsənət adamı üçün çox vacibdir və bütün bunlar kainatla, onun mənəvi aləmi ilə əlaqəlidir. Mən tez-tez rəsmlərimdə heyvanları təsvir edirəm, ancaq bu sadəcə heyvanlar deyil. Onlar heyvanlar aləminin arxetipləridir. Və bu rəsmlərdə mən çoxtərəfliliyi sərhədsiz şəkildə göstərməyə çalışıram. Mənim üçün rəsmdə milliyyət məsələsi yoxdur, bu, azərbaycanlı və yaxud fransız rəsmi deyil. Bu rəsmlərdə mən həyatı göstərməyə çalışıram. Bu rəsmdə mən panteri əks etdirdim, daha sonra həndəsi naxışlar və ceyranı. Bütün bu üç rəsm öz aralarında nazik xətlərlə əlaqəlidir. Bu da makro və mikrodünyaların əlaqəsi deməkdir”, - deyə Bodelok bildirib.

Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival tamaşaçılar üçün bilet və dəvətnamələrlə yox, yalnız www.nasimifestival.live rəsmi saytında qeydiyyatdan keçməklə baş tutacaq. Bu saytda layihə barədə daha ətraflı öyrənmək olar. Ona görə də saytda qeydiyyatdan keçmək lazımdır, bu, həm də tədbirlərə giriş bileti olacaq.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Daha bir neçə gimnastımız idman ustası oldu
Daha bir neçə gimnastımız idman ustası oldu
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Loading Bars
Xəbər lenti
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı barədə məlumatlara dair açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrasnı ilə Azərbaycanın mövqelərini daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Bütün xəbərlər