...

Təhsil Nazirliyi summativlərə görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib

Cəmiyyət Materials 24 Sentyabr 2018 10:06 (UTC +04:00)
Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.
Təhsil Nazirliyi summativlərə görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.

Trendf-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil:

“Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti