...

İstanbulun yeni aeroportundan Bakıya biletin QİYMƏTİ açıqlandı (YENİLƏNİB)

Cəmiyyət Materials 12 Oktyabr 2018 12:06 (UTC +04:00)
İstanbulun yeni hava limanından Bakıya aviabiletin qiyməti açıqlanıb.
İstanbulun yeni aeroportundan Bakıya biletin QİYMƏTİ açıqlandı (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun yeni hava limanından Bakıya aviabiletin qiyməti açıqlanıb.

Trend-in məlumatına görə, hər iki istiqamətdə (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir.

Bakıda da biletlərin satışına artıq başlanıb.

"Türk Hava Yolları"ndan Trend-ə bildiriblər ki, bu qiymət müəyyən dövr ərzində keçərli olacaq, gələcəkdə isə biletin qiymətinə yenidən baxmaq planlaşdırılır.

Yeni aeroportdan Ankara və Antalyaya (gediş-dönüş) biletlərin qiyməti isə 59 türk lirəsidir.

Qeyd edək ki, İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək. Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti