...

Bakıda torpağın qiyməti ucuzlaşır - SƏBƏB?

Cəmiyyət Materials 19 Dekabr 2018 19:30 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin oktyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, bir sot torpağın qiyməti 1,1 faiz azalıb.

Ekspert bildirib ki, torpaq bazarında ucuzlaşma mövsümi xarakter daşıyır.

Baş direktorun sözlərinə görə, torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.

Qeyd edək ki, sentyabr ayında da Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunmuşdu. Həmin dövrdə bir sot torpağın qiyməti 3,7 faiz artsa da, orta hesabla bir sotun qiyməti 22 258 manatdan azalaraq 21 434 manat olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti