...

Bu il ölkədə daşınan sərnişinlərin STATİSTİKASI göstərir ki...

Cəmiyyət Materials 29 Noyabr 2018 09:31 (UTC +04:00)
2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 188,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artım müşahidə olunub.
Bu il ölkədə daşınan sərnişinlərin STATİSTİKASI göstərir ki...

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 188,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artım müşahidə olunub.

Trend-in məlumatına görə, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,7 faizi avtomobil nəqliyyatı, 25,5 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 634,3 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstərib.

Qeyd edək ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin isə 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti