...

Ölkədəki hava şəraiti ilə bağlı qərargahdan SON MƏLUMAT

Cəmiyyət Materials 17 Yanvar 2019 17:53 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

Trend-ə daxil olan məlumata görə, hazırda əsasən bu prosesin ən kəskin dövrü müşahidə olunmaqdadır.

Belə ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti