...

Ali Məhkəmənin sədri: 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 1300 nəfər azalıb

Cəmiyyət Materials 17 Aprel 2019 11:37 (UTC +04:00)
2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən14 931 nəfər barəsində 12 539 cinayət işinə baxılıb.
Ali Məhkəmənin sədri: 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 1300 nəfər azalıb

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən14 931 nəfər barəsində 12 539 cinayət işinə baxılıb.

Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O qeyd edib ki, onlardan 10 172 iş üzrə 12 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb: "1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb, qeyd edilən 12 539 işlərdən 11 421 işə ümumi, 1118 işə isə hərbi məhkəmələr tərəfindən baxılıb".

O qeyd edib ki, respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər, yəni 9,5 faiz azalıb, bəraət alan şəxslərin sayı dəyişmədən eyni qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti