...

Bakıda aerobika gimnastikası üzrə AÇ-nın fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 26 May 2019 17:47 (UTC +04:00)
Bu gün Milli Gimnastika arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdiq qadın və kişi, qarışıq cütlüklər və aero step proqramları çərçivəsində qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Bakıda aerobika gimnastikası üzrə AÇ-nın fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bu gün Milli Gimnastika arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdiq qadın və kişi, qarışıq cütlüklər və aero step proqramları çərçivəsində qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, aero step proqramında birinci yerə Rusiya komandası çıxıb, ikinci yerdə Ukrayna gimnastları qərarlaşıb.

Qalibləri Azərbaycan Gimnastika Federasiyasının menecerləri Fərid Məmmədzadə və Bikə Abdullayeva mükafatlandırıblar.

Fərdi qadın proqramında qızıl medalı Rusiya idmançısı Yekaterina Pıxtova qazanıb, gümüş və bürünc isə müvafiq olaraq Tatyana Konakova (Rusiya) və Darina Paşovanın (Bolqarıstan) olub.

Mukafatları Avropa Gimnastika İttifaqının (UEG) idman koordinatoru Linda Davila, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Andrea Sinko və Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev təqdim ediblər.

Fərdi kişi proqramında qalib Roman Semyonov (Rusiya) olub. İkinci yerə rusiyalı idmançı Timur Kulayev çıxıb, üçüncü yerdə isə bolqarıstanlı gimnast Antonio Papazov qərarlaşıb.

İdmançılar UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin başçısı Mariya Kristina Kazentini, Komitənin üzvü Vladislav Oskner və idman gimnastikası üzrə üçqat Olimpiya çempionu Simona Amınar tərəfindən mükafatlandırılıblar.

Qarışıq cütlüklər: 1-ci yer - Macarıstan cütlüyü, 2-ci yer - Türkiyə cütlüyü, 3-cü yer - rumıniyalı gimnastlar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) fəxri vitse-prezidenti Andre Qaysbuxler, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitənin meneceri və katibi Olqa Kiseloviçeva və yerli təşkilat komitəsinin nümayəndəsi Paşa Topçiyev təqdim ediblər.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti