...

UNEC rektoru canlı yayımda abituriyent və valideynlərin suallarını cavablandıracaq

Cəmiyyət Materials 3 İyun 2019 16:36 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Facebook sosial şəbəkəsində canlı yayımla qoşulacaq.
UNEC rektoru canlı yayımda abituriyent və valideynlərin suallarını cavablandıracaq

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Facebook sosial şəbəkəsində canlı yayımla qoşulacaq.

Universitetdən Trend-ə verilən məlumata görə, Fed.az saytının dəstəyi ilə təşkil olunan canlı yayımda rektor Ədalət Muradov abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları, xüsusi təqaüdlər, təhsil haqları və digər mövzularda suallarını cavablandıracaq.

Canlı yayım iyunun 11-də saat 11:00-da Fed.az (https://www.facebook.com/fedaznews/) sosial şəbəkəsi üzərindən təşkil olunacaq.

UNEC barədə sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti