...

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib (FOTO)

Cəmiyyət Materials 22 İyul 2019 18:37 (UTC +04:00)
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Jurnalistika fakültəsinin və Mətbuat və informasiya şöbəsinin bir qrup əməkdaşı ilə görüşüb, onları 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.
BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Jurnalistika fakültəsinin və Mətbuat və informasiya şöbəsinin bir qrup əməkdaşı ilə görüşüb, onları 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə jurnalistika sahəsində ixtisaslaşmalar, sahə jurnalistikası, tələbələrin ölkənin ən nüfuzlu media qurumlarında təcrübə keçmələri üçün əlverişli şəraitin yaradılması, jurnalistika ilə bağlı nəşrlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda, Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında müxtəlif məzmunlu verilişlərin hazırlanması, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti