...

"Türk Hava Yolları"ndan viza rejiminin ləğvi ilə bağlı ÖZƏL: Aviadaşımalar artacaq

Cəmiyyət Materials 26 İyul 2019 12:52 (UTC +04:00)
Viza rejiminin ləğv edilməsi "Türk Hava Yolları" ilə Azərbaycana daşınmaları artıracaq.
"Türk Hava Yolları"ndan viza rejiminin ləğvi ilə bağlı ÖZƏL: Aviadaşımalar artacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Viza rejiminin ləğv edilməsi "Türk Hava Yolları" ilə Azərbaycana daşınmaları artıracaq.

Bunu özəl olaraq Trend-ə "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.

Direktorun sözlərinə görə, Azərbaycana səfər edən Türkiyə vətəndaşları daha öncə də çox asan şəkildə viza alırdılar. Lakin viza rejiminin ləğvi ilə Türkiyədən Azərbaycana gələn turistlərin sayı artacaq.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabr ayının 1-dən etibarən Azərbaycanın Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcəyi barədə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlandığını təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti