Bakı. Elçin Mehdiyev – Trend:
Qurban bayramı günlərində - avqust ayının 8-dən 13-ü günün sonuna qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 96747 nəfər sərnişin daşınıb.
Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
N.Allahyarova vurğulayıb ki, sərnişinlərdən 18365 nəfəri dünən regionlardan paytaxta qayıdanlar olub:
“Ümumilikdə, bayram günləri ərzində hər gün 450-ə qədər reys xəttə olub. Həmin reyslərin 250-si müntəzəm, 200-ə yaxın reys qeyri-müntəzəm marşurut xətlərində olub, 40-a yaxın reys isə beynəlxalq daşımalara cəlb edilib”.
N.Allahyarova vurğulayıb ki, ötənilki Qurban bayramı günləri ilə müqayisədə bu il Azərbaycandan Moskvaya, Batumiyə və İstanbula gedən sərnişinlərin sayında sıxlıq müşahidə olunub.