...

Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2019 14:44 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının sonuncu günü start götürüb
Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının sonuncu günü start götürüb.

Trend-in məlumatına görə, sonuncu gün qrup hərəkətlərində komandaların finalları keçiriləcək. Komandalar 5 topla hərəkətlərdə və 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə proqramlarını nümayiş etdirəcəklər.

Azərbaycan komandası 3 halqa və 2 cüt gürz ilə hərəkətlər üzrə finalda çıxış edəcək. Azərbaycan komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokina yer alırlar.

Xatırladaq ki, ötən gün keçirilən yarışlarda qrup hərəkətləri üzrə Azərbaycan yığması Tokioda 2020 Olimpiya Oyunları üçün lisenziya qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti