...

DİM imtahanlarla bağlı işçi qruplar yaratdı

Cəmiyyət Materials 4 Oktyabr 2019 17:32 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzində buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qruplar yaradılıb.
DİM imtahanlarla bağlı işçi qruplar yaratdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzində buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qruplar yaradılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, artıq ingilis dili, Azərbaycan dili, ədəbiyyat, alman dili, fransız dili, kimya, fizika, rus dili (tədris dili və xarici dil kimi), ədəbiyyat (rus bölməsi), ərəb dili, fars dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qruplar yaradılıb.

İşçi qruplar tərəfindən buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara yenidən baxılması və proqramların təkmilləşdirilməsi, yeni tapşırıq nümunələrinin tərtib edilməsi üçün bölgü aparılıb.

Növbəti həftə işçi qruplar müzakirələri davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti