...

Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir - Azərbaycanlı gimnast

Cəmiyyət Materials 13 Oktyabr 2019 18:55 (UTC +04:00)
Bədii Gimnastika üzrə regionlararası kubokunun qızıl medalını qazandığım üçün çox xoşbəxtəm
Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir - Azərbaycanlı gimnast

Bakı. Trend:

"Bədii Gimnastika üzrə regionlararası kubokunun qızıl medalını qazandığım üçün çox xoşbəxtəm".

Bunu, Trend-ə Mingəçevirdən olan gənc idmançımız Yasəmən Nəsirova deyib.

Y.Nəsirova qızıl medalı qazandığı üçün şad və xoşbəxt olduğunu bildirib:

"Bu yarışlarda yüksək nəticələr göstərmək üçün çox məşq etdim. Regionlararası kubokunda birinci yer qazanmaq ciddi hazırlığın nəticəsidir".

2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova fərdi çoxnövçülükdə (alətsiz və gürzlərlə hərəkətlərdə) bədii gimnastika üzrə 6-cı regionlararası kubokunda birinci yeri tutdu.

Gənc gimnast əlavə edib ki, Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir.

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir.

Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib.

Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti