...

Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır - Baş psixiatr

Cəmiyyət Materials 15 Oktyabr 2019 13:40 (UTC +04:00)
Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır.
Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır - Baş psixiatr

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır.

Trend-in məlumatına görə, bunu Respublikanın Baş psixiatrı Teymur Qafarov deyib.

Onun sözlərinə görə, intiharların qarşısının alınması üçün silsilə tədbirlər görülməlidir: "Bu, ilk növbədə səhiyyə işçilərinin və psixoloqların öhdəsinə düşən vəzifədir. Çox mürəkkəb proses olduğuna görə cəmiyyətin digər üzvlərinin də payına düşən vəzifələri var. Qəsd edən insanların 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verirlər. Onlara diqqət ayrılsa, qəsdlərin sayını xeyli dərəcədə almaq olar''.

T.Qafarov bu iş də medianın üzərinə böyük yük düşdüyünü qeyd edib:

"Hər bir nəşrdə intiharla bağlı xəbərlərin başlıqları çox vahiməli şəkildə verilir. Medianın işıqlandırmasından çox şey asılıdır. Həssas ifadələr axtarılmalıdır. Qınaq, tənqid, mənalı ifadələrin işlədilməsi ilə media nümayəndələri onları aşağılayır və ya bəzi hallarda insanları intihara sövq edirlər".

Ümumilikdə dünyadakı vəziyyətin narahatedici olduğunu deyən baş psixiatr qeyd edib ki, hər bir qəsd ondan qabaq cəhdlərlə müşahidə edilir.

"Hər bir intihardan qabaq 20 dəfə cəhd olur. İntiharlar əsasən 15-29 yaş və 65 yaşdan yuxarı insanlar arasında qeydə alınır. İntiharın səbəbləri müxtəlifdir. Səbəb həmişə məlum olmur, çünki onu çox vaxt intihar edən şəxs bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti