...

Kontakt Home əsl Black Friday endirimini Azərbaycana gətirir – 60%-DƏK ENDİRİMLƏR

Cəmiyyət Materials 25 Noyabr 2019 16:53 (UTC +04:00)

Bakı. Trend:

Hər il noyabrın son cümə günü keçirilən ilin ən böyük endirim günü – “Black Friday” bu il 29 noyabr tarixinə təsadüf edir. Dünyanın dörd yanında insanlar bu günü aylar öncədən təqvimlərinə qeyd edir və almaq istədikləri məhsulların siyahısını öncədən tutur ki, mağazalarda məhsul bitmədən böyük endirimdən yararlana bilsinlər.

“Black Friday” indiyədək Azərbaycanda böyük endirimlərlə yadda qalmasa da, bu il Kontakt Home bütün məhsullara 60%-dək endirim elan etməklə, beynəlxalq ənənəni ölkəmizə gətirmək qərarına gəlib. Özü də meqa endirimlər tam üç gün: 29 noyabrdan – 1 dekabradək davam edəcək.

Alıcılar “Beynəlxalq Endirim Günü”nü niyə gözləməlidirlər?

Ən böyük səbəb qənaətdir. Ağlasığmaz endirimlər nə alacaqlarını öncədən planlayan insanlara ailə büdcəsinə 30%-dək qənaət etmək imkanı verəcək. Ona görə alacağınız məhsulların siyahısını indidən tutmağınızda fayda var. Endirim günlərində müştərilər 19 manata ütü, 89 manata smartfon, 199 manata televizor ala biləcək.

Həmin günü gözləməyə dəyər, amma çalışın alış-verişinizi endirimlərin ilk saatlarında edəsiniz, belə ki, almaq istədiyiniz məhsul mağazada bitə bilər. Məhsul üstündə digər alıcılarla savaşa çıxmamaq üçün endirimlərdən onlayn yararlana bilərsiniz. Çünki eyni endirimlər mağazalarla bərabər, həm də www.kontakt.az saytında keçərli olacaq. Üstəlik saytdan sifariş verən müştərilən endirimlərdən təkcə cümə, şənbə, bazar deyil, həm də dünyada “Cyber Monday” (Kiber Bazar Ertəsi) kimi qeyd olunan 2 dekabr tarixində də yararlana biləcək.

Smartfondan noutbuka, paltaryuyandan ətçəkənə, mebeldən tekstilə qədər bütün məhsullar 60%-dək endirimdə olacaq. Bir sözlə, 29 noyabrdan 2 dekabradək davam edəcək böyük endirim günlərində Kontakt Home alış-verişi ilə evinizi sıfırdan bəzəyə biləcəksiniz. Odur ki, bu tarixləri təqviminizdə qırmızı ilə işarələyin.

Sizə ən yaxın Kontakt Home mağazasını buradan tapın. Bütün kampaniya və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran sualları ünvanlayın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti