...

“Şeş-Qoşa” atıb, aldığınız məhsulu pulsuz aparın

Cəmiyyət Materials 16 Dekabr 2019 13:20 (UTC +04:00)

Bakı. Trend:

Pulsuz iPhone, pulsuz Televizor və ya pulsuz mebel sizə qeyri-real gəlir?

Artıq XEYR…

Ötən illərdə “Şeş-Qoşa” kampaniyası ilə bütün ölkəyə səs salan Kontakt Home bu il də Yeni İl ərəfəsində müştərilərinə PULSUZ məhsul almaq şansı yaradır.

Necə?

Şərtlər həmişəki kimi çox sadədir. 13 dekabr-13 yanvar tarixlərində Kontakt Home-dan istədiyiniz məhsulu alın və elə yerindəcə zər atın. Bəxtinizə şeş-qoşa düşərsə, hamısını PULSUZ aparın. Qoşalar şeş olmasa da olar. Digər qoşa zərlər atdığınız zaman, hər qoşaya uyğun əlavə endirim qazana bilərsiniz: 1 qoşa -10%; 2 qoşa -20%; 3 qoşa -30%; 4 qoşa -40%; 5 qoşa -50%. Məsələn, HOFFMANN NF-170S model soyuducunun qiyməti 1000 AZN-dir və nağd alış zamanı 200 AZN endirimlə, 800 AZN-ə əldə edirsiniz. Məhsul üçün 800 AZN ödəniş etdikdən sonra sizə zər atmaq təklif edilir. Zərdə 1 qoşa düşərsə məhsulun 10%-i olan 80 AZN, 2 qoşa düşərsə 20%-i olan 160 AZN, 3 qoşa düşərsə 30%-i olan 240 AZN, 4 qoşa düşərsə 40%-i olan 320 AZN, 5 qoşa düşərsə 50%-i olan 400 AZN sizə geri qaytarılacaq. Və nəhayət, əgər zərdə Şeş-Qoşa düşərsə 800 AZN sizə geri qaytarılacaq, yəni məhsulu PULSUZ əldə edəcəksiniz.

Yeni İl qabağı Kontakt Home-da heç kim uduzmayacaq. Bəxti qoşalarla gətirməyənlər belə Yeni İl münasibətilə bütün məhsulları 50%-dək endirimlə ala biləcək

24 AYLIQ HİSSƏ-HİSSƏ ÖDƏNİŞ KAMPANİYASI DA VAR

Yeni İl münasibətilə Kontakt Home-da həm də ilkin ödənişsiz, faizsiz əla hissə-hissə ödəniş kampaniyası da var. Həmin tarixlərdə bütün mobil telefonları 12 aylıq, TV və məişət texnikasını 24 aylıq, bütün mebel və tekstil məhsullarını isə tam 24 aylıq ilkin ödənişsiz, faizsiz şərtlərdə ala bilərsiniz.
Bu il qoşa ilidir. 2020 də qoşa gəlir! Odur ki, siz də bəxtinizi sınamaq və Yeni ili qazancla qarşılamaq üçün dekabrın 13-dən yanvarın 13-dək Kontakt Home mağazalarına gəlin. Məhsul alın, şeş-qoşa atıb, pulsuz aparın. Ya da istədiyiniz məhsulun qiymətini hissələrə bölüb alın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti