...

Regionda ilk dəfə PAŞA Bank müştərinin video zəng ilə tanınması xidmətini təqdim etdi

Cəmiyyət Materials 22 Yanvar 2020 10:35 (UTC +04:00)
Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət Azərbaycanda və bölgədə ilk dəfə təqdim olunur.
Regionda ilk dəfə PAŞA Bank müştərinin video zəng ilə tanınması xidmətini təqdim etdi

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank onlayn qeydiyyatdan keçmiş Müştərinin Bankın filialına gəlmədən yoxlanılması üçün innovativ bir imkan təqdim etmişdir. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət Azərbaycanda və bölgədə ilk dəfə təqdim olunur.

Verifikasiya proseduru Müştərinin kompüterindən/mobil cihazından edilən video bağlantı vasitəsilə həyata keçirilir. Video bağlantı Müştərinin PAŞA Bankın nümayəndəsi ilə canlı ünsiyyətini əvəz edir, bu da Bankın filialına yaxınlaşma və növbədə dayanma ehtiyacını tamamilə aradan qaldırır.

Belə ki, müştəri https://pashabank.digital/login#/signup ünvanına daxil olaraq qeydiyyatdan keçib, PAŞA Bankın yeni Onlayn Bank platformasında hesab aça, əməkhaqqı layihəsinə qoşula və POS-terminal sifariş edə bilər. Prosesin sonunda sadəcə bir kliklə Müştəri video zəng edərək PAŞA Bankın nümayəndəsinə özünü tanıda və məhsullardan istifadə edə bilər.

Qeyd edək ki, “Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq” yanaşmasını rəhbər tutaraq PAŞA Bank rəqəmsal məhsul və xidmətlərinin hazırlanmasını müştərilərin fəal iştirakı ilə həyata keçirir, və bunun nəticəsində onların ehtiyaclarına uyğun innovativ məhsulları ərsəyə gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti