...

Ombudsman Fransa səfiri ilə görüşüb

Cəmiyyət Materials 11 Fevral 2020 18:38 (UTC +04:00)
Ombudsman Səbinə Əliyeva Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.
Ombudsman Fransa səfiri ilə görüşüb

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Trend-ə verilən məlumata görə, qonağı salamlayan Müvəkkil Ombudsman institutunun çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. S.Əliyeva rəhbərlik etdiyi qurumun ölkə Konstitusiyasına, milli qanunvericiliyə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, təbliği və bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. Müvəkkil Səbinə Əliyeva təsisatın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin fəaliyyəti barədə məlumatları səfirin nəzərinə çatdırıb.

Müvəkkil həmçinin Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını, bu təcavüz nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox azərbaycanlının bütün fundamental hüquqlarının pozulduğunu xüsusi olaraq vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakari Qros Səbinə Əliyevayanı yeni Müvəkkil seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşün səmərəli əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən səfir Fransa ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələrin qarşılıqlı faydalı və dinamik xarakter daşıdığını deyib.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti