...

Bu gün peşə məktəblərində buraxılış imtahanları keçirilir

Cəmiyyət Materials 16 Fevral 2020 08:22 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq, ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış və dövlət qulluğuna qəbul imtahanları keçirilir
Bu gün peşə məktəblərində buraxılış imtahanları keçirilir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq, ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış və dövlət qulluğuna qəbul imtahanları keçirilir.

DİM-dən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında iştirak etmək üçün 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Quba, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə 43 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq.

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı respublikanın 23 şəhər və rayonunda keçiriləcək. İmtahanda 3178 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanacaq.

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 1410, ümumilikdə isə 1856 namizəd qeydiyyatdan keçib.

Bu imtahan isə bütün binalarda saat 10:00-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti