...

AQTİ laboratoriyalarının maddi-texniki bazası gücləndirilir (FOTO)

Cəmiyyət Materials 2 Mart 2020 17:21 (UTC +04:00)
AQTİ tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq laboratoriyalar şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
AQTİ laboratoriyalarının maddi-texniki bazası gücləndirilir (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq laboratoriyalar şəbəkəsinin genişləndirilməsi, eləcə də laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, ölkədə istehsal edilən, idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, həmçinin qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün AQTİ-nin laboratoriyaları müasir cihazlarla təchiz edilib. Hazırda İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən laboratoriyalarda toksikoloji, farmaseptik və tərkibi bilinməyən maddələrin analizinin aparılması üçün müasir, yüksək həssaslığa malik, unikal cihaz hesab edilən və Uçuş Zamanlı Kütlə Spektrometrinə malik Ultra Yüksək həssas Maye Xromatoqraf Cihazının tətbiq edilməsi istiqamətində işlər görülür.

Yeni cihazın imkanları və iş prinsipi ilə bağlı ətraflı məlumat vermək, AQTİ əməkdaşlarının bu sahədə peşəkarlığının artırılması məqsədilə İnstitutda Türkiyəli mütəxəssis Murad Yaylanın iştirakı ilə seminar keçirilib. Bildirilib ki, İnstitutun laboratoriyasına təqdim olunması nəzərdə tutulan yeni cihaz müayinələrin beynəlxalq tələb və normalara uyğun olaraq aparılmasına imkan verəcək.

Həmçinin cihazın tətbiqi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi imkanlarını genişləndirməklə yanaşı, ixrac potensialının artırılması, rəqabətqabiliyyətliliyin yüksəldilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti