...

İndiyədək məktəblərin 50 faizi dezinfeksiya edilib - Cəsarət Valehov

Cəmiyyət Materials 4 Mart 2020 13:26 (UTC +04:00)
İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi-profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib.
İndiyədək məktəblərin 50 faizi dezinfeksiya edilib - Cəsarət Valehov

Bakı. İlhamə İsabalayeva – Trend:

İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin demək olar ki, yarısını təşkil edir:

“Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq”.

C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti