Bakı. Trend:
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məsqədi ilə tətbiq edilən sosial izolyasiya tədbirlərinin davam etdiyi müddətdə Bakı Nəqliyyat Agentliyində vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılır.
Agentlikdən Trend-ə verilən məlumata görə, bu müddətdə vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini poçt vasitəsi ilə və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Sosial izolyasiya müddətində daxili görüş və iclasların təşkilində dəyişiklik edilib. Zəruri olan məsələlərin müzakirəsi informasiya və komunikasiya texnologiyalarından istifadə olunmaqla həyata keçiriləcək.