...

DİN: Yalan məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib

Cəmiyyət Materials 2 Aprel 2020 13:25 (UTC +04:00)
DİN: Yalan məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib

Bakı. Samir Əii - Trend:

Ölkədə pandemiya ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir.

Trend-in məlumayına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) İctimai təhlükəsizlik Baş İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər bu cür məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib. Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq edilib.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti