...

Keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb

Cəmiyyət Materials 3 Aprel 2020 18:19 (UTC +04:00)
Keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb

Bakı. Trend:

Binəqədi qəsəbə sakini E.Əliyevdən 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti