...

FHN dezinfeksiya işlərini davam etdirir (VİDEO)

Cəmiyyət Materials 7 Aprel 2020 16:07 (UTC +04:00)
FHN dezinfeksiya işlərini davam etdirir (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Qeyd edək ki, hazırda dezinfeksiya işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti