...

Məktəblilərimiz Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında təmsil olunub

Cəmiyyət Materials 16 Aprel 2020 15:10 (UTC +04:00)
Məktəblilərimiz Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında təmsil olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

Niderlandda keçirilməsi planlaşdırılan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO2020) Covid-19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.

Trend-in məlumatına görə, builki olimpiadaya dünyanın 52 ölkəsindən 205 şagird qatılıb. Bu il sözügedən olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Ləman Ağazadə və XI sinif şagirdi Zəhra Bayramlı, Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı ölkəmizi təmsil edirlər. Həmin məktəblilər karantin dövründən əvvəl Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdləri arasında keçirilən seçmə imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilib.

Olimpiada 21 aprel tarixinədək davam edəcək.

Qeyd edək ki, ölkəmiz artıq 4-cü dəfədir bu elm yarışında təmsil olunur. Ötən il baş tutan Avropa Qızlar Riyaziyyat Olimpiadasında komandamız bir bürünc medal əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti