...

AMEA-nın vitse-prezidenti: Dissertasiyaların yazılması tam nəzarətdə saxlanılır

Cəmiyyət Materials 17 Aprel 2020 12:40 (UTC +04:00)
Hazırda dissertasiya işləri və elmi məqalələrin yazılması tam nəzarətdə saxlanılır.
AMEA-nın vitse-prezidenti: Dissertasiyaların yazılması tam nəzarətdə saxlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda dissertasiya işləri və elmi məqalələrin yazılması tam nəzarətdə saxlanılır.

Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova deyib.

İ.Hüseynova institutun şöbə və laboratoriya müdirləri ilə hər səhər onlayn formada əlaqə saxlayaraq onların fəaliyyəti ilə maraqlandığını, tapşırıq və tövsiyələrini verdiyini, distant dərslərdə iştirak etdiyini bildirib. O, həmçinin rəhbəri olduğu doktorant və magistrantlara məsləhətlərini verdiyini, dissertasiya işləri və elmi məqalələrin yazılmasının tam nəzarətdə olduğunu qeyd edib.

Alim bildirib ki, hazırda institutun elmi işçiləri elmi-tədqiqat nəticələrinin analizi və məqalələrin yazılması üzərində intensiv işləyirlər.

Onun sözlərinə görə, institutun Təhsil şöbəsi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar qısa müddət ərzində institutun professor-müəllim heyəti ilə magistrantlar arasında müxtəlif telekommunikasiya vasitələri ilə əlaqə yaradıb, tədris planlarında nəzərdə tutulan bütün ixtisas fənləri üzrə distant dərslərin aparılması təmin edilib. Eyni zamanda, II kursda təhsil alan magistrantlar distant olaraq elmi-pedaqoji təcrübəyə başlayıblar və elmi rəhbərləri ilə birgə onlayn rejimdə dissertasiya işlərinin yekunlaşdırılması üzərində işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti