...

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı virtual konfrans təşkil edib

Cəmiyyət Materials 20 Aprel 2020 16:11 (UTC +04:00)
“Azərbaycan Diaspor Gəncləri” təşkilatı virtual konfrans təşkil edib

Bakı. Trend:

Aprelin 19-da Azərbaycan Diaspor Gənclərinin (ADG) təşəbbüsü ilə virtual konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransa dünyanın 14 ölkəsindən - Türkiyə, Kanada, Litva, Misir, Polşa, Rusiya, Gürcüstan, Estoniya, Almaniya, İsveçrə, İtaliya, Fransa, Yunanıstan və Azərbaycandan 18 nəfər qatılıb.

Diaspor gəncləri COVİD-19 pandemiyasının yaşadıqları ölkələrdə yaratdığı problemlərdən, xaricdə yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərdən, Azərbaycan dövlətinin və diasporumuzun bu problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıblar.

Müzakirələrin əhəmiyyətini qeyd edən konfrans iştirakçıları qərara alıblar ki, gənclərin fərdi inkişafına, diaspor fəaliyyərinə fayda vermək üçün gələcəkdə də virtual təlim, konfrans və seminarların təşkilini davam etdirsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti