...

Binəqədidə gizli fəaliyyət göstərən “Mall” aşkar edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 21 Aprel 2020 15:18 (UTC +04:00)
Binəqədidə gizli fəaliyyət göstərən “Mall” aşkar edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədidə gizli şəkildə fəaliyyət göstərən "Mall" aşkar edilib, obyektin sahibi, işçilər və müştərilər inzibati qaydada cəzalandırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, koronavirus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün ölkədə xüsusi karantin rejimi elan olunmasına baxmayaraq, bəzi obyektlərin fəaliyyət göstərməsi hallarına hələ də rast gəlinməkdədir.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbir zamanı "28 May" qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus "İstanbul Mall" geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub. Obyektə baxış zamanı mağazanın sahibi, orada olan müştərilər və işçilər - ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi Q.Alıyev və digər şəxslər barəsində polis bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti