Bakı. Samir Əli - Trend:
Metroda bir sərnişinin daşınması üçün sərf olunan məbləğ açıqlanıb.
Trend-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, əvvəl bir sərnişinin daşınması 49 qəpiyə başa gəlsə də, hazırda bu rəqəm 52 qəpikdir:
"Bir sərnişinin daşınma xərci müxtəlif amillərdən asılı olaraq 48-56 qəpik arasında dəyişə bilər".