...

Karantin müddətində DMX tərəfindən əcnəbilərə göstərilən xidmətlər yalnız elektron qaydada həyata keçirilib

Cəmiyyət Materials 20 May 2020 11:51 (UTC +04:00)
Karantin müddətində DMX tərəfindən əcnəbilərə göstərilən xidmətlər yalnız elektron qaydada həyata keçirilib

Bakı. Samir Əli - Trend:

Karantin müddətində Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər yalnız elektron qaydada həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin sərəncamı ilə tərkibində Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin də təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya məsələləri də diqqətdə saxlanılıb:

"Ölkəmizdə pandemiya əleyhinə kompleks tədbirlər keçirilir. Bütün dünyada olan pandemiya miqrasiya sahəsinə da təsirsiz ötüşməyib. Bu gün sosial izolyasiya və evdə qalmadan danışırıq. Bununla əlaqədar, insanların yerdəyişmə istəkləri məhdudlaşdırılır. Bu dövrdə DMX operativ uyğunlaşma həyata keçirməyə çalışıb. Karantin müddətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə DMX tərəfindən bir sıra xidmətlər yalnız elektron qaydada həyata keçirilib. Bu sənədlər elektron poçt vasitəsilə göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti