...

Karantin dövründə yumşaldıcı tədbirlərdən sonra havada çirklənmə artıb

Cəmiyyət Materials 21 May 2020 17:38 (UTC +04:00)
Karantin dövründə yumşaldıcı tədbirlərdən sonra havada çirklənmə artıb

Bakı. Samir Əli - Trend:

Karantin dövründə yumşaldıcı tədbirlərdən sonra havada çirklənmə artıb.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, mart, aprel və may ayları ərzində monitorinq aparılıb, havada müsbət dinamika müşahidə olunub.

"Nəqliyyatın daha sıx olduğu ərazilərdə aparılan monitorinqə görə, mart ayı ilə müqayisədə havada olan çirklənmə 45-50 faiz azalıb. May ayında isə karantin dövründə yumşaldıcı tədbirlərdən sonra çirklənmə artıb. Belə ki, bu ay üzrə çirklənmə aprel ayına nisbətən 30-35 faiz artıq müşahidə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti