...

Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

Cəmiyyət Materials 22 May 2020 13:35 (UTC +04:00)
Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

AMEA Dilçilik İnstitutu Azərbaycan dilində sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğəti hazırlamağı planlaşdırır.

Bunu Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

İnstitut direktoru əlavə edib ki, lüğətin bu ilin sonunadək hazırlanması nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə bu iş ləngiyə bilər:

"Buna görə də lüğətin nə zaman hazır olacağını konkret söyləyə bilmərəm. Amma lüğətin hazırlanması üçün işçi qrup yaradılıb və müəyyən planlar tərtib edilib".

M.Nağısoylu deyib ki, "Müasir Azərbaycan dili" kitabının birinci cildinin də nəşr edilməsi nəzərdə tutulub. Kitab Azərbaycanın dilinin "Fonetika" bölməsinə həsr ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti