...

Ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub

Cəmiyyət Materials 1 İyul 2020 13:56 (UTC +04:00)
Bu il müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub.
Ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub.

Trend-in məlumatına görə, builki müsabiqə zamanı 235 nəfər ingilis dili müəllimi iş yerini dəyişib.

Bundan başqa, 206 nəfər riyaziyyat, 179 nəfər Azərbaycan dili və ədəbiyyatı, 167 nəfər ibtidai sinif müəllimi, 144 informatika müəllimi iş yerini dəyişib.

Ən az iş yerini dəyişən fənn müəllimi isə alman dili ixtisası üzrə olub.

Bu il 1 alman dili müəlliminin iş yerinin dəyişdirilməsinə icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti