...

UNEC-də II qrup üzrə yeni ixtisas açılıb

Cəmiyyət Materials 20 İyul 2020 11:10 (UTC +04:00)
UNEC-də II qrup üzrə yeni ixtisas açılıb

Bakı. Trend:

UNEC-də 2020/2021-ci tədris ilindən II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb.

UNEC-dən Trend-ə verilən məlumata görə, “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan bakalavrlar gələcəkdə öz ixtisasları üzrə iqtisadiyyat, mühasibatlıq, beynəlxalq ticarət, logistika və digər mühüm əhəmiyyət kəsb edən sahələrə aid nəzəri və praktik biliklərə yiyələnəcəklər.

İxtisas 4 dildə (Azərbaycan, türk, ingilis və rus) müvafiq fakültələrdə tədris olunacaq.

Qeyd edək ki, UNEC-də bakalavr dərəcəsində II qrupu üzrə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Biznesin idarəedilməsi”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Menecment” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarına qəbul aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti