...

ÜST Azərbaycandakı nümayəndəsi: Hər kəs virusla yaşamağı öyrənməli, onunla mübarizəni vərdiş halına çevirməlidir

Cəmiyyət Materials 31 İyul 2020 15:47 (UTC +04:00)
ÜST Azərbaycandakı nümayəndəsi: Hər kəs virusla yaşamağı öyrənməli, onunla mübarizəni vərdiş halına çevirməlidir

Bakı. Asif Mehman - Trend:

Koronavirusla əlaqədar mart ayının əvvəllərindən etibarən mərhələli şəkildə karantin rejiminin tətbiqinə başlanıldı. Lakin yumşaldılmadan sonra yoluxma sayı sürətlə artmağa başladı.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, son zamanlarda yenidən stabilləşmə müşahidə edirik, bu da qadağaların işə yaradığını göstərir: "Bundan sonra nə olacaq? Bundan sonra bütün düyna, dövlətlər yeni bir xəstəliklə qarşı-qarşıyadır. Yumşaldılmalardan sonra əgər yoluxmalar artmazsa, dövlətlər də yumşaldılmalara davam edə bilərlər. Bütün bunlarla bərabər, hər kəs bir daha diqqətli olmalı, virusla yaşamağı öyrənməli, onunla mübarizəni vərdiş halına çevirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti