...

Qazaxıstandan ölkəmizə indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Cəmiyyət Materials 6 Avqust 2020 09:43 (UTC +04:00)
Qazaxıstandan ölkəmizə indiyədək  gəmi ilə 180 azərbaycanlı gətirilib

Bakı. Trend:

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 18 vətəndaşı ölkəyə gətirib.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan Trend-ə verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (10 nəfər), “Naxçıvan” (4 nəfər) “Həsən Əliyev” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçirilib.

Qeyd edək ki, ümumilikdə bu günə qədər Baş konsulluq tərəfindən Aktau limanından gəmi ilə 180 nəfər vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti