...

Məktəbin 3-cü mərtəbəsindən yıxılan şagird anasının dalınca gəlib - Məktəbdən açıqlama

Cəmiyyət Materials 7 Sentyabr 2020 13:03 (UTC +04:00)
Məktəbin 3-cü mərtəbəsindən yıxılan şagird anasının dalınca gəlib - Məktəbdən açıqlama

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda 313 saylı məktəb şagirdin bu məktəbin binasının 3-cü mərtəbəsindən yıxılması ilə bağlı hadisəyə münasibət bildirib.

Məktəbdən Trend-ə verilən məlumata görə, 10-cu sinif şagirdi təhsil müəssisəsinə burada xadimə işləyən anasının dalınca gəlib və yıxılaraq ayağından xəsarət alıb:

"Təcili yardım çağrılıb, ayağında sınıq olduğu aşkar edilib. Müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb. Hazırda vəziyyəti qənaətbəxşdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti